О КОМПАНИИ
2006-cı ildən dinamik şəkildə inkişaf edən və inşaat-memarlıq sahəsində fəaliyyət göstərən mühəndis komandamız müasir tikinti standartlarına uyğun fəaliyyətini inkişaf etdirmək məqsədilə beynəlxalq səviyyəli aparıcı şirkətlərin qabaqcıl texnologiya və təcrübələrinə istinad edir və öz texniki resurslarından istifadə etməklə müxtəlif tikinti layihələrini həyata keçirməkdədir.
Şirkətin əsas fəaliyyət istiqaməti inzibati, mülki, kənd təsərrüfatı və sənaye obyektlərinin tikintisi üzrə kompleks xidmətlərin, o cümlədən təmir-bərpa işlərinin yerinə yetirilməsindən və konstruktiv həll yollarının işlənib hazırlanmasından ibarət olmuşdur. Şirkət inşaat prosesinin bütün mərhələlərində sifarişçilərin qarşılaşdıqları məsələlərin həllində, yəni ideyanın yaranmasından layihənin həyata keçirilməsinə qədər bütün mərhələlərdə topladığımız təcrübəmizi tətbiq edirik.
Çoxillik təcrübə, peşə biliklərinin daim təkmilləşdirilməsi bizim təkrarolunmaz, parlaq və yaddaqalan işlər görməyimizə imkan verir. Bizim komanda bir-biri ilə həmfikir olan mütəxəssislərdən ibarətdir ki, onlar da qeyri-standart problemlərin həllində təcrübəyə malikdirlər. Bizlərdən hər birimiz öz işini sevir və ən mükəmməl nəticələr əldə etmək məqsədilə yeni biliklərdən və qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır.
2014-cü ildən yeni adla fəaliyyətini davam etdirən “ELTA İNŞAAT” MMC müasir tələblərə cavab verən inşaat konsepsiyaları əsasında qarşıya qoyulmuş hədəf və məqsədlər nail olmaq üçün yüksək peşəkarlıqla çalışır. Bizim məqsədimiz qarşıda duran vəzifələr üçün daha optimal həll yollarının təklif edilməsindən ibarətdir ki, bunlar da təkcə mövcud fəaliyyət növlərinin effektivliyinin artırılması ilə deyil, həmçinin daimi və potensial müştərilərin işgüzar maraqlarının daha geniş dairəsini əhatə etməklə istehlakçıların tələblərinə tam cavab verməlidir. Biz ən yaxşı inşaat şirkətlərindən biri olmağa və inşaat biznesinə yüksək texnoloji yanaşma nümayiş etdirməklə, aparıcı şirkətlər sırasında yerini möhkəmləndirməyə can atırıq.
Şirkətin strukturu istehsalat, maliyyə və yüksək peşəkarlığa malik kadr ehtiyatlarından maksimum effektiv şəkildə istifadə etməyə imkan verir. Peşəkar mühəndis heyətinin nəzarəti sayəsində “ELTA İNŞAAT” şirkəti inşaat prosesinin istənilən mərhələsində hər hansı iş siklini operativ və keyfiyyətli şəkildə yerinə yetirir. Keyfiyyət şöbəsinin səriştəli işçilərinin, həmçinin Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf mühitin mühafizəsi üzrə mühəndisin yüksək peşəkarlığı sayəsində obyektlərdə iş qəzalarının sayı minimuma endirilir.
Ətraf mühit aspektləri üzrə bütün dəyərləndirmələr aparılmaqla həm təhlükəsizlik texnikası, həm də iş növləri üçün əvvəlcədən təlimat tədbirləri görülür. Şirkət rəhbərliyinin əməkdaşları dinləmək və onların təşəbbüslərini qəbul etmək bacarığı idarəetmənin mükəmməlliyini göstərən mühüm faktordur və şübhəsiz, bu da keyfiyyətin İdarə olunması sisteminin tətbiqinə müsbət təsir göstərir.
“ELTA İNŞAAT” inşaasını həyata keçirdiyi layihələrin keyfiyyətinə zəmanət verir. Biz öz məhsullarımızın etibarlılığını təmin etmək üçün mürəkkəb tikinti prosesinin bütün mərhələlərini dəf etməyə hazırıq.