İncə işləri ucaldılmış binanın birbaşa istismara hazırlanması üçün çox vacib bir mərhələdir. «ELTA İnşaat» MMC-nin hər növ incə işlərini həyata keçirmək imkanları var. Bəzək işlərinə başlamazdan öncə mütəxəssislər müştərinin istəyi əsasında şirkətin gələcək fəaliyyəti, arzuolunan üslub və zəruri imkanları nəzərə alaraq gələcək şirkətin dizayn layihəsini işləyib hazırlayırlar.
İncə işlərinin tərkibinə daxildir:
- Gipsokarton işləri (divarların, tavanların və arakəsmələrin quraşdırılması)
- Mala işləri (kərpic divarların malalanması və ya yarımfabrikat elementlərdən hazırlanmış tavanların, divarların və tavanların sementlənməsi, həmçinin, quru maladan hazırlanmış divar piltələrinin bəzəyi və s. )
- Üzlənmə işləri (divar və döşəmələrin kafel və ya digər kirəmitlə üzlənməsi)
- Taxta, parket və ya linoleum və s. döşəmələrin quraşdırılması
- Boyama işi (yapışqan və yağlı boya ilə rəngləmə, gips, beton, taxta, metal və s. üzərində sintetik qatqılarla boyama)
- Divar kağızlarının çəkilməsi, dülgərlik və s. işlər.